Azərbaycan Premyer Liqasının cari mövsümünü ikinci pillədə qapayan "İnter"də ağır günlər davam edir.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, maliyyə baxımından vəziyyəti olduqca acınacaqlı olan paytaxt təmsilçisi demək olar ki, dağılmaq təhlükəsi altındadı. 3 aydır ki futbolçulara maaş verə bilməyən "İnter"in gələcək aqibəti də demək olar bəllidi. "Qarabağ"la matça çıxmaq istəməyən futbolçuları məşqçilər korpusu yola gətirmişdisə artıq vəziyyət olduqca qəlizləşib.
Az öncə "İnter"in legionrləri Azərbaycanı tərk ediblər. Premyer Liqnanın son turunda "Sumqayıt"la qarşılaşacaq komandanın bir çoz üzvü düşərgəyə qoşulmayacaq. Avropa Liqasında iştirakdan da imtina edən Bank klubunun qarşısını kəsən AFFA-dı. AFFA tərəfi "İnter"i Avropa Liqasında iştirak etməyə məcbur edib. Çünki "İnter" Avroliqada iştirak etməyəcəyi təqdirdə "Simurq" bu şansı qazanmış olacaq ki, Zaqatala təmsilçisinin vəziyyəti də göz önündədi. "Xəzər Lənkəran" tərəfi isə Avropa Liqasında iştirakdan boyun qaçırdıb. Səbəb kimi isə heyətin olmaması və yeni mövsümə hazırlıqdı. "İnter" bu şansı digər klublarımıza tanısa da, lori dildə desək heç kim özünü indiki durumda avrokuboklarda biabır etmək istəmir.
"İnter" Avropa Liqasında böyük ehtimalla ikinci heyətlə qoşulacaq.