Dünyadan

“İnter”in gözü “Porto”da

İtaliya "İnter"i "Porto"nun forvardı Cekson Martinesi transfer etməyi planlaşdırır.

İdmanxeber.com-un məlumatına görə, Milan klubunun skautları Portuqaliya çempionatının son turunda kolumbiyalı hücumçunun oyununu izləyiblər.

Bu transferin dəyərinin 30 milyon avro olduğu bildirilir. Bu məbləğin 27 milyonu futbolçunun keçidi üçündü, 3 milyonu isə əlavə bonusdu.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43