“Real”dan ayrılaraq “Sevilya”ya keçən və burada da umidləri doğrultmayan İsko karyerasını “Beşiktaş”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Beşiktaş” təcrübəli futbolçunu transfer etməkdə maraqlıdır. Superliqa təmsilçisi azad agent statusu daşıuan yarımmüdafiəçinin meneceri ilə danışıqlar aparır.
Tərəflər arasında şifahi razılığın olduğu bildirilir. Əgər futbolçu daha cəlbedici təklif almasa, o zaman karyerasını Türkiyədə davam etdirəcək.