Almaniyanın “Union” klubunda çıxış edən Leonardo Bonuççi İtaliya çempionatına qayıda bilər.
İdmanxeber.az-ın məlumatına görə, 36 yaşlı futbolçu ilə “Cenoa” maraqlanır. Bonuççinin özü İtaliya millisinin məşqçilər korpusunun tam nəzərində olmaq üçün vətənə qayıtmaq istəyir. O, AVRO-2024 üçün komandanın heyətində yer almağı planlaşdırır.
Bu mövsüm italyan Bundesliqada 10 oyun keçirib və 1 qol vurub. “Genoa” hazırda A Seriyasında 12-ci yerdədir.