Ölkə futbolu

İtaliya səfəri öncəsi “Qarabağ”ın daha bir futbolçusu zədələndi – FOTO

UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Milanda "İnter"in qonağı olacaq "Qarabağ"da zədəlilərin sayı 3-ə çatıb.

İdmanxeber.com-un məlumatına görə, Danilo Dias və Çumbinyodan sonra Vüqar Nadirov da zədələnib. Lakin digərlərindən fərqli Nadirovun zədəsi ciddi deyil. Klub maşınına axsayaraq gələn Nadirov əməkdaşımızla söhbətində çox ciddi bir şeyin olmadığını bildirib.

Futbolçu "İnter"lə səfər matçında forma geyinə biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43