Kateqoriyasız

“Kəpəz”in Antalyada qarşılaşacağı ilk komanda məlum oldu

Qış təlim-məşq toplanışını Antalyada keçirəcək “Kəpəz”in Türkiyədəki ilk sınaqçı rəqibi müəyyənləşib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi  Serbiyanın “Novi Pazar” klubu ilə qarşılaşacaq. Antalyada iki yoxlama matçı keçirmək nəzərdə tutulub ki, digər rəqibin kimliyi hələ ki, məlum deyil.

Qeyd edək ki, 7-19-dək Antalyada hazılırq keçəcək “Kəpəz” “Atlantis” otelində məskunlaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43