Kateqoriyasız

“Şamaxı”nın baş məşqçisi məğlubiyyəti şərh etdi

Misli Premyer Liqasında XVIII turun “Neftçi” – “Şamaxı” (3:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Vüqar Əsgərli jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Azarkeşlərimizə təşəkkür edirəm. Uzun yol qət etdilər ki, bizi tək qoymasınlar. Çətin oyun olacağını bilirdik. İlk hissədə qol imkanlarımız olsa da, yararlana bilmədik. “Neftçi” təcrübəsindən yararlandı. İkinci hissədə çox üstün oynadılar. Yaxşı dövrə keçirdik. Futbolçularımızla fəxr edirik. Onların gələcəyi qabaqdadır.

– Fasilədən sonra ilk yarıdakı oyunu göstərmək üçün nə çatmadı?
– Çox irəli atıldıq. Qol vurmaq istəyirdik. İtkilərimiz də var idi. Qurban Səfərovu qırmızı vərəqə almaması üçün əvəzlədik. O boşluğu doldura bilmədik.

– Onun intizamında problemlər görünür…
– İntizamla bağlı çox işlər görürük. Perspektivli futbolçudur. Onu itirə bilmərik. Hər dəfə oyundan əvvəl çox istəkli olur. Biz deyirik ki, aqressiv olmamalısan. Bu gün sarı vərəqə almasında intizamsızlıq yox idi.

– Elvin Məmmədovun yoxluğu hiss olunur. Bir təcrübəli oyun qurucusu və dayaq yarımmüdafiəçisi transferi mümkündür?
– Elvinin olmaması çox təsir edir. Bir neçə mövqedə problemlərimiz var. Gənc oyunçular axtarırıq. İşimiz onları inkişaf etdirməkdir. Komanda 1-2 nəfərdən ibarət deyil. Amma bəzi təcrübəli oyunçuların olması üstünlüyümüzdür.

– Bir neçə tur idi, komanda uduzmurdu. Bu dəfə 3 qol buraxdız. Müdafiənin belə zəif təsir bağışlaması nə ilə bağlı idi?
– Eyni qaydada davam edirdik. Buraxdığımız ilk qol diqqətsizlikdən oldu. Ani səhv idi. Müdafiə planında yaxşı oynadıq.

– “Kəpəz”dən ayrılmaq üzrə olan Rauf Əliyev, Əfran İsmayılov və Elvin Yunuszadənin komandanız gəlişi mümkündür?
– Bu barədə danışmırıq. Əvvəllər var idi. İndi gənc futbolçuları heyətimizə cəlb etmək istəyirik. Bilmək olmaz. Sabahdan baxacağıq.İkinci hissədə çox üstün oynadılar. Yaxşı dövrə keçirdik. Futbolçularımızla fəxr edirik. Onların gələcəyi qabaqdadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43