“Kəpəz”in qapıçısı Orxan Sadıqlı Premyer Liqada 150-ci oyununu keçirib.
İdmanxeber.az xəbər verir ki, 30 yaşlı qolkiperin yubileyi “Şamaxı” ilə matça təsadüf edib. Misli Premyer Liqasının 31-ci turunun görüşü 1:1 hesabı ilə başa çatıb.
Sadıqlının debütü 2012/13 mövsümündə “Xəzər Lənkəran”ın heyətində gerçəkləşib. O, “Şamaxı”, “Zirə” və “Sumqayıt”ın da formasını geyinib.