İdman

Kamran Ağayev oynadı, komandası qələbə qazandı (VİDEO)

Portuqaliya çempionatında 16-cı turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, millimizin futbolçuları – Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu “Boavişta” öz meydanında “Setubal”la qarşılaşıb.

Görüş həmyerlilərimizin komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu oyunda Kamran əsas heyətdə meydana çıxıb, Emin isə forma şansı qazanmayıb.

Bu qələbədən sonra “Boavişta” turnir cədvəlində 9-cu pilləyə yüksəlib.




1-0 Fábio Espinho Penalty Goal Portugal… by jason-pitt1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43