“Neftçi” PFK rumıniyalı futbolçu Katalin Tira ilə müqaviləyə xitam verib.
İdmanxeber.com-un məlumatına görə, bu haqda klubun saytı xəbər yayıb. Bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub.
Klubun icraçı direktoru Orxan Hüseynzadə bununla bağlı açıqlama verib: “Biz Katalin Tira ilə müqaviləyə qarşılıqlı razılıq əsasında təzminat ödəmədən xitam verdik. Sabah ona aylıq məvacib ödəniləcək və tərəflərin bir-birinə heç bir borcu qalmayacaq”.
Qeyd edək ki, “Neftçi”nin Tiranı klubdan qovmasına “Qarabağ”la oyun zamanı meydana daxil olan azarkeşi vurması səbəb olub.