“İnter”in prezidenti Georgi Nikolovla görüşdüm. Qarşıdakı planlardan söhbət açdıq. Amma bəzi suallara cavab ala bilmədim”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri gürcü mütəхəssis Kaxaber Sxadadze vətənində verdiyi açıqlamada oğlunun “İnter”dən ayrılması barədə də danışıb.
O, daha sonra sözlərinə belə davam edib:
“Klubun gələcək büdcəsinin necə olacağı bəlli deyil. Oyunçulara gəlincə, “İnter”də belə bir qayda var: kim mövsüm ərzindəki oyunların 70 faizindən çoxunda meydana çıxırsa, onunla müqavilənin müddəti artırılır. Belə oyunçuların arasında Baçana da var. Amma o, bu klubda qalmaq istəmir. Çünki daha iddialı komandada oynamaq istəyir”.