İdman

“Kəpəz” düşərgəsində son durum: Maaşlar ödənilib? – RƏSMİ AÇIQLAMA

Azərbaycan Premyer Liqasının sonuncu pilləsində qərarlaşan “Kəpəz”də maaş probleminin hələ də davam edib-etməməsi məsələsi gündəmdədi.

İdmanxeber.com-un məlumatına görə, mətbuatda çıxan informasiyalara əsasən, “sarı göylər”də fevral və mart aylarının maaşlarından hələ də xəbər yoxdu. Məsələyə aydınlıq gətirməsi üçün “Kəpəz”in mətbuat xidmətinin rəbəri Azad Rəfi ilə əlaqə saxladıq. Gəncə təmsilçisinin təsmisi bu haqda yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirdi:

“Xeyr, bu doğru xəbər deyil. Düzdü, maaşlarda gecikmə olmuşdu. Bu da normal bir haldı. Hər klubda qısa müddətlik maaş yubana bilər. Əsas odu, problem həllini tapsın və bu bizdə artıq yoluna qoyulub. Fevral ayının maaşı çoxdan ödənilib. Hamı bir nəfər kimi pulunu alıb. Komandada yüksək əhval-ruhiyyə hökm sürür. Maaşla bağlı heç kimin narazılığı yoxdu. Mart ayının ödəmələri isə yaxın 2-3 gündə öz həllini tapacaq. Rəhbərlik bu istiqamətdə öz işlərini görür”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43