Ölkə futbolu

“Kəpəz” I divizion klubundan futbolçu transfer etdi

Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçu ilə razılığa gəlib.

İdmanxeber.com-un məlumatına görə, Gəncə klubu Azər Məmmədov ilə bir il müddətinə anlaşıb. Son mövsümü “Turan Tovuz”da keçirən yarımmüdafiəçi komandasının kapitanı olub. Məmmədov bu il həm də Tovuz təmsilçisi ilə I divizionun çempionu adını qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43