İdman

“Kəpəz” yolda, Roman Qriqorçukun gecə planı

Azərbaycan Premyer Liqasının 18-ci turunda “Qəbələ”ni qəbul edəcək “Kəpəz” bu gün səhər saatlarında Gəncəyə yola düşüb.

İdmanxeber.com-un məlumatına görə, həftəboyu Bakıda məşq edən komandanın oyun öncəsi son hazırlığı Gəncə şəhər stadionunda olacaq. Matçın keçiriləcəyi arenada baş tutacaq çalışma bü gün saat 16:00-da başlayacaq. Məşq prosesi azarkeşlər və mətbuat üçün açıq xarakter daşıyacaq. 

Qeyd edək ki, qonaq komanda “Qəbələ” artıq dünən gecə Nizami Yurduna çatıb və “Ramada Plaza” otelində məskunlaşıb. Roman Qriqorçukun komandasının 2 gün öncədən Gəncəyə gəlməsi maraq doğurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43