İdman

“Kəpəz”in daha bir çətin sınağı

Təlim-məşq toplanışını Antalyada davam etdirən “Kəpəz” bu gün daha bir yoxlama matçında qüvvəsini sınayacaq.

İdmanxeber.com-un məlumatına görə, “sarı göylər” bu dəfə Serbiya təmsilçisi ilə gücünü yoxlayacaq. “Spartak” komandası ilə keçiriləcək duel Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, buna qədər Türkiyədəki üç hazırlıq oyununa çıxan “Kəpəz” Rumıniyanın “Vitorul” klubu ilə heç-heçə edib (1:1), Cənubi Koreyanın “Daejeon Citizen” komandasına qalib gəlib (1:0) və “Yagelloniya”ya (Polşa) 1:8 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43