Ölkə futbolu

“Keşlə” Rusiya klubuna qalib gəldi – Yenilənib

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Keşlə” bu gün son yoxlama matçını keçirib.

Paytaxt təmsilçisi Rusiya I Divizionunda çıxış edən “Çertanovo”  klubu ilə qarşılaşıb. Paytaxt təmsilçisi qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb.

“Keşlə” bundan əvvəlki yoxlama matçlarında Özbəkistanın U-23 yığması ilə qolsuz heç-heçə edib, Serbiyanın “Dinamo”suna (Vranye)   0:2, Qazaxıstan “Atırau”suna 1:3 hesabı ilə uduzub.

25 yanvar

13:00. “Keşlə” – “Çertanovo” (Rusiya) 1:0

Qol: Slavik Alxasov, 66


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43