İdman

“Keşlə”də ayrılıq: “Qəbələ”yə “YOX” dedi, bu klubu seçdi – EKSKLÜZİV

Qış transfer pəncərəsində “Kəpəz”in heyətinə qatacağı futbolçulardan biri dəqiqləşib.

İdmanxeber.com-a etibarlı mənbədən verilən məlumata görə, Gəncə klubu işə qapıçı mövqeyini gücləndirməklə başlayacaq. Davud Kəriminin oyunundan çox da razı olmayan Yunis Hüseynov “Keşlə”nin “əlcək sahibi” Orxan Sadıqlıya təklif göndərib. Hazırda paytaxt klubu ilə 6 aylıq müqaviləsi olan Sadıqlının isə Gəncə klubu ilə yanaşı “Qəbələ”dən də təklifi var. İkinci komanda daha iddialı olsa da, Bezatosnı ilə rəqabətə girilməyəcəyini bilən Orxan, “Kəpəz” variantına müsbət baxır. Xəbəri əməkdaşımıza verən mənbə Sadıqlının daim əsas heyətdə oynamaq istədiyini, bu səbəbdən də Gəncə komandasını seçdiyini bildirib.
Bununla belə gənc qapıçı “Keşlə”nin Azərbaycan kubokunun 1/4 final mərhələsində “Kəpəz”ə qarşı keçirəcəyi matçlarda komandasına kömək edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43