Az öncə başa çatan “Apollon” – “Qəbələ” matçı qalmaqalla yadda qalıb.
İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanın 90+2 dəqiqəsində Kipr təmsilçisinin qapısına təyin olunan penalti meydan sahiblərini əsəbləşdirib.Bundan sonra topa yaxınlaşan Cavid Hüseynov hesabı bərabərləşdirib – 1:1.
Lakin Cavid qol vurduqdan sonra etdiyi jest meydan shaiblərində qıcıqa səbəb olub. Nəticədə iki komandanın da futbolçuları arasında dava düşüb. Hətta bir neçə azarkeş meydana daxil olaraq “Qəbələ”nin futbolçularına hücum çəkiblər.
Hakim komandaları paltardəyişmə otağına göndərib. Ancaq bir qədər sonra hakim tərəfləri geri çağırıb və oyun yenidən başlanılıb.