Kateqoriyasız

Kolumbiyalı futbolçu “Qarabağ”da – Rəsmi

“Qarabağ” Kevin Medinanı rəsmən transfer edib.

Qol.az-ın xəbərinə görə, bu haqda klubun rəsmi sosial şəbəkələri məlumat yayıb. “Xoş gəldin, Kevin Medina” deyə klubun paylaşımında bildirilir. 27 yaşlı kolumbiyalı mərkəz müdafiəçisi ilə 2+1 illik müqavilə imzalandığı qeyd edilir.

Qeyd edək ki, Kevin Medinanın son klubu Portuqaliya “Şaveş”i olub.

Xatırladaq ki, “Qarabağ” daha əvvəl müdafiəçi Donald Gerye və qapıçı Emil Balayevi heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43