Kateqoriyasız

“Komandamızın imicini qorumağa çalışacağıq” – Zubir

“Mənim üçün yenidən Fransada oynamaq xoşdu. 4 ildən sonra burada, “Marsel” kimi komandaya qarşı oynamaq məni sevindirir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Abdullah Zubir “Marsel”lə oyundan öncə keçirilən mətbuat konfransında deyib.

O, daha sonra bunları qeyd edib:

“Bizim komanda hücum futboluna üstünlük verir. Daim rəqibimizi baş məşqçimizlə analiz edirik. Sabah yaxşı oyunla komandamızın imicini qoruyub saxlamağa çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43