İdman

Kriştiano Ronaldo “Real”da qalmaq istəmir

Bir müddət əvvəl xarici mətbuatda “Real”ın portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldonun klubu ilə olan müqaviləsini uzatmaq istəmədiyi haqda xəbərlər çıxıb.

İdmanxeber.com-un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, dünya ulduzu özü sözügedən məsələ ilə bağlı açıqlama verib. “Kral klubu”nda xoşbəxt olduğunu, hər şeyin qaydasına getdiyini deyən Ronaldo, hazırda 4 illik müqaviləsinin davam etdiyini, bununla belə müqaviləsini uzatmaq istəmədiyini sözlərinə əlavə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43