28 Dekabr 2024
Ölkə futbolu

Kurban Berdiyev: “Uşaqlar necə oynamaq lazım olduğunu bilirlər”

“Oyunun çətin olacağını ehtimal edirdik. “Neftçi” çox yaxşı komandadır. Bu oyun bizim çatışmayan cəhətlərimizi göstərdi. Hansı istiqamətlərdə çalışmalı olduğumuzu bildik. Amma ümumi olaraq futbolçularımın performansından razı qaldım. Oyunboyu epizodlarda maksimum oynadılar”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev “Neftçi” oyunu (0:0) sonrası deyib. O, daha sonra belə davam edib:

“Hücum fazasında çatışmazlıqları qeyd edərdim. Uşaqlar necə oynamaq lazım olduğunu bilirlər. Yəqin ki, zamanla bunun öhdəsindən gələcəklər. Çox da böyük çatışmazlıq deyil. “Neftçi” yaxşı komandadır. Amma biz daha çoxuna ümid edirdik. Maksimum hazırlaşmışdıq.

Əgər hücumda oyunçular bacardığı və bildiyi kimi düzgün oynasaydı, hər şey başqa cür olardı. Komandamın yorulmağı təbii haldır. “Neftçi”nin oyunçuları yoruldu, bizimkilər də. Yorğunluğun olması təbiidir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43