Dünya futbolu

La Liqa klubunda yeni baş məşqçi

“Deportivo” istefaya göndərilmiş Qaisko Qaritanonun əvəzinə yeni baş məşqçi tapıb.

İdmanxeber.com-un məlumatına görə, komandanı bundan sonra Pepe Mel çalışdıracaq. Sabah o, La Korunyaya gələrək klubla müqaviləyə imza atacaq. Bundan sonra isə “Deportivo”da baş məşqçi işinə başlayacaq.

Xatırladaq ki, Pepe Melin son iş yeri “Betis” komandası olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43