Kateqoriyasız

Lənkəranda insident: azakeşlər avtovağzalda toqquşdu

“Böyük oyun” üçün Lənkərana səfər edən “Neftçi”nin “Forza” azad azarkeş qrupu xoşagəlməz halnan qarşılaşıb.

İdmanxeber.com-un Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, “Xəzər Lənkəran”ın “Green Gate2” qrupu “Forza”lılarla Lənkəran avtovağzalında toqquşub. 

Böyüməkdə olan davanı təhlükəsizlik xidmətinin əməkdaşları sakitləşdirə biliblər. Bundan əlavə bu kimi insidentlərin oyunun başlama saatına, eləcə də oyundan sonra olacağı istisna edilmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43