Premyer Liqa

“Fırtınalar meydanı” silkələnəcək: “Neftçi” fanatları Lənkərana səs bombası və fakellərlə gəlib

Premyer Liqanın IV turu çərçivəsində keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” matçına maraq böyükdü.

İdmanxeber.com-un Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, paytaxt klubunun fanatları prinsipial matç öncəsi Lənkərana sözün əsl mənnasında hazırlıqlı gəlib.

Belə ki, paytaxt klubunun azarkeşləri 30-a yaxın səs bombası və 40-dan çox fakellə Cənub şəhərinə təşrif buyurub. Artıq bu barədə Lənkəran polisinə məlumat verilib. Təhlükəsizlik xidməti isə yüksək səviyyədə təşkil olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43