Kateqoriyasız

Lənkəranlı azarkeşlər yenə “Bakcell Arena”ya hücum etdilər – FOTO

“Xəzər Lənkəran” azarkeşləri növbəti dəfə “Neftçi”yə “ilişiblər”.

İdmanxeber.com-un məlumatına görə, bir neçə ay öncə “Bakcell Arena”nın  hasarlarının üzərinə “Xəzər Lənkəran”la bağlı yazılar yazan lənkəranlı fanatlara cavab olaraq, “ağ-qaralı” azarkeşlər həmin yazıların üzərinə öz sevimli klublarının adını yazmışdılar.

Lakin dünən yenidən “ağ-yaşıllı” fanatlar “Bakcell Arena”ya “hücum” ediblər. Bu dəfə “Babanız Lənkəran” – yazısı yazan “Xəzər Lənkəran” fanatları, növbəti dəfə “Neftçi” azarkeşlərinə “ilişiblər”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43