28 Dekabr 2024
Ölkə futbolu

Liderdən 5 xal geri qaldılar, rəhbərlik əlavə büdcə ayırdı

Azərbaycan II Liqa komandalarından “Şəfa” heyətini gücləndirməyə başlayıb.

İdmanxeber.az-a daxil olan məlumata görə, paytaxt klubunun rəhbərliyi qış fasiləsinə 2-ci pilədə yollanan komandanın çıxışından narazıdı. II Liqa komandası lider “Şahdağ Qusar”dan 5 xal geri qalır. Bu durum isə Bakı təmsilçisinin rəhbərliyini qane edə bilməz. Bu baxımdan da daha keyfiyyətli futbolçuların transferi üçün əlavə büdcə ayrılıb. Artıq komanda I Liqadan daha yaxşı ödənişli futbolçularla güclənməyi planlaşdırır.

“Şəfa” I liqa klublarından bir neçə futbolçu ilə danışıqlar aparır və müqavilə an məsələsidi. Artıq paytaxt klubu “İmişli”nin üzvü Murad Qayalı ilə bütün məsələlərdə razılığa gəlib.

Daha öncə isə millimizin sabiq üzvü Amil Yunanov “Şəfa” ilə müqavilə bağlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43