04 İyun 2026
Dünya futbolu

“Liverpul” hücumçusundan narazıdır

“Liverpul”un hücumçusu Darvin Nunyes komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik futbolçunun çıxışından narazıdır. Yayda onun üçün gələn təkliflər dəyərləndiriləcək.

Artıq Premyer Liqa klublarından oyunçuya maraq var. “Nyukasl” və “Nottingem Forest” Nunyesi heyətin qatmaq istəyir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43