04 İyun 2026
Dünya futbolu

Premyer Liqa klubları “Barsa”nın futbolçusunu istəyir

Ferran Torres Premyer Liqa klublarının maraq dairəsindədi.

İdmanxeber.az-ın məlumatına görə, “Barselona”nın hücumçusu “Aston Villa”, “Nyukasl” və “Tottenhem”in transfer siyahısındadır. Adıçəkilən komandalar yayda ispaniyalı oyunçu üçün hərəkətə keçəcək.

Torresin Kataloniya klubundan ayrılıb-ayrılmayacağı dəqiq deyil. Rəhbərlik maliyyə problemləri səbəbindən oyunçunu satmağa müsbət yanaşır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43