04 İyun 2026
Dünya futbolu

Qrizmann Messini geridə qoydu

“Atletiko”nun hücumçusu Antuan Qrizmann İspaniya La Liqasında ən çox oyun keçirən əcnəbi futbolçu olub.

İdmanxeber.az-ın məlumatına görə, oyunçu çempionatda 521 matç keçirib. 34 yaşlı futbolçu 29-cu turun “Espanyol”la görüşündə (1:1) rekordçu olub.

Bundan əvvəlki rekord 520 matça çıxan Lionel Messiyə (“Barselona”) aid idi. “Real” forması ilə 439 oyunda iştirak edən Kərim Benzema 3-cüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43