Kateqoriyasız Milli komanda

Lüksemburq – Azərbaycan MATÇINA DOĞRU: “Maksimum iki min nəfər…” – Firuz Abdulla

Bu gün millimiz DÇ-2022-nin seçmə mərhələsinin A qrupunun üçüncü turunda səfərdə Lüksemburqla qarşılaşacaq.

“Stad Lüksemburq” arenasında keçiriləcək matçı maksimum iki min azakeşin izləməsi gözlənilir.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla İdmanxeber.az-a açıqlamasında bunları deyib:

“Stadionun tamaşaçı tutumu futbol oyunları üçün 9 min nəfərdi. Bu stadionda konsert də təşkil olunur və belə olan halda tutum 12 minə yaxın olur. Pandemiyaya görə, stadiona nəzərdə tutulan tamaşaçı tutumunun 20%-nə yaxın azarkeşin gəlməsinə icazə verilir. Bu da təxminən iki min nəfərə yaxın edir”.

AFFA rəsmisi daha sonra axşamkı oyunu izləyənlər arasında rəsmi şəxslərin də olacağıı bildirib:

“Hazırda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov millimizin yanındadı”.

Qeyd edək ki, Lüksemburq – Azərbaycan görüşü saat 22:45-də başlayacaq və CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43