Dünya futbolu

Məşhur klub fəaliyyətini dayandırdı

İtaliyanın “Palermo” klubu fəaliyyətini dayandırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Buna səbəb klubun çoxlu borcunun olmasıdır.

“Palermo”nun keçmiş sahibi Mauritsionun oğlu Andrea Zamparini borcları ödəmək üçün 10 milyon avro təklif etsə də, bu məbləğ çox aşağı olub və İflas məhkəməsi klubun fəaliyyətini dayandırmasıyla bağlı qərar qəbul edib.

1900-cü ildə yaranan “Palermo”, son mövsümdə İtaliya D Seriyasında mübarizə aparırdı. Komanda sonuncu dəfə 2016/17 mövsümündə İtaliya A Seriyasında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43