Dünya futbolu

Mahir Emreli “Çelsi”yə qarşı oynadı, komandası uduzdu

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Xorvatiya “Dinamo”su səfərdə “Çelsi” ilə qarşılaşıb və məğlub olub – 1:2.

Mahir bu oyunda 70-ci dəqiqədə meydana daxil olub və Zaqreb klubunun heyətində ilk dəfə ÇL matçında forma geyinib.

Bu məğlubuyyətdən sonra “Dinamo” qrupda sonuncu pilləni tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43