Dünya futbolu

“Qarabağ”ın pley-offdakı potensial rəqibləri: “Yuventus”, “Barselona”, “Sevilya”…

UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, bununlada Avropa Liqasının pley-off mərhələsində iştirak edəcək ÇL-dən gələn bütün komandalar bəlli olub. Beləliklə, “Qarabağ” yoluna Avropa Liqasında davam edə bilsə aşağıdakı komandaların biri ilə qarşılaşacaq:

“Barselona”, “Sevilya” (hər ikisi İspaniya), “Bayer” (Almaniya), “Ayaks” (Niderland) , “Sportinq” (Portuqaliya), “Yuventus” (İtaliya), “Salzburq” (Avstriya), “Şaxtyor” (Ukrayna).

Avropa Liqasında 1/16 finalın püşkü noyabrın 7-də atılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43