Kateqoriyasız

Mahir Emreli “Dinamo” ilə Norveçdə

Zaqreb “Dinamo”sunda çıxış edən millimizin üzvü Mahir Emreli Çempionlar Liqasının pley-off mərhələsində  “Budo Qlimt”lə (Norveç) səfər matçı üçün Norveçə aparılan heyətdə yer alıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komanda ilə hazırda Norveçdədir. Baş məşqçi Ante Çaçiç şans verəcəyi təqdirdə, hücumçu “Budo Qlimt”ə qarşı oynayacaq.

Qeyd edək ki, sözügedən görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43