Kateqoriyasız

“Viktoriya” Bakıya bu futbolçuları gətirir – SİYAHI

Çexiyanın “Viktoriya” klubu Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün bu gün Bakıya yola düşüb

İdmanxeber.az xəbər verir ki, Plzen təmsilçisi Azərbaycana 23 futbolçu ilə gəlir. Heyətdə 3 qapıçı, 7 müdafiəçi, 10 yarımmüdafiəçi və 3 hücumçu yer alıb.

Qapıçılar: Marian Tvrdon, Martin Yedliçka, Yindirjix Stanek;

Müdafiəçilər: Lukaş Heyda, Muhamed Ticani, Ludek Pernitsa, Vatslav Yemelka, Milan Havel, Filip Çiqak, Libor Holik;

Yarımmüdafiəçilər: Vatslav Pilarj, Yan Sikora, Yan Kopiç, Con Moskera, Pavel Buxa, Kadu, Lukaş Kalvax, Aleş Çermak, Erik Yirka, Modu Ndiaye;

Hücumçular: Yan Kliment, Tomaş Çorı, Rene Dediç.

Sabah baş tutacaq “Qarabağ” – “Viktoriya” matçı saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43