Millimizin futbolçusu Mahir Emreli “Legiya”da ilk rəsmi qolunu vurub.
O, hazırda davam edən Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində hazırda davam edən “Bude-Qlimt”lə (Norveç) səfər oyununda komandasının ikinci qolunun müəllifi olub. Mahir 41-ci dəqiqədə fərqlənib. O, daha sonra ikinci hissədə komandasının üçüncü, özünün isə ikinci qolunu vurub.