Kateqoriyasız

Mahir Şükürov: “Sonradan Rəşadla aramızda söhbət oldu ki…”

“Çox adam bu futbolu siyasətə çevirirdi. Ancaq biz çalışırdıq ki, bu oyunda xal qazanıb azarkeşlərimizi sevindirək”.

Bu sözləri idmanxeber.com saytına açıqlamasında milli komandamızın üzvü Mahir Şükürov deyib.

Rusiya ilə görüşdən (1:1) sonra heç-heçəni şərh edən Mahir sözlərinə belə davam edib:

“10 nəfərlə qalanda bir az çətin oldu. Sonradan Rəşadla aramızda söhbət oldu ki, komandanı bir az qabağa çıxardaq. Çünki geriyə çəkildikcə onlar topu özlərində yaxşı saxlayırdılar. Bu gün Qurban bayramı idi, bununla əlaqədar qoç kəsdirmişdim. Sevinirəm ki, son dəqiqələrdə mənim ötürməm qola çevrildi”.

Daha sonra Şükürov Aleksandr Səmədovla bağlı verilən sualı belə cavablandırdı: 

Aleksandr Səmədov da adi futbolçudu. Heç kim Aleksandr Səmədovun vəziyyətinə düşmək istəməz”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43