Kateqoriyasız

Rəşad Sadıqov: “Aleksandr Səmədov mənə yaxınlaşıb dedi ki…” – MÜSAHİBƏ

Milli komandamızın kapitanı Rəşad Sadıqovun idmanxeber.com saytına müsahibəsi.

– Rəşad ilk öncə oyunla bağlı nə deyərdin?

Oyun gördüyünüz kimi çətin keçdi. Bilirdik ki, Rusiya topla daha yaxşı oynayır və buna görə onlara mane olmağa çalışdıq. İlk dəqiqələrdə bu daha yaxşı alındı, ancaq sonradan çətinlik oldu. Rəqib Portuqaliya kimi bir yığmanı geridə qoymuş komandadır. 

-Gözlüyürdünmü erkən qol buraxacağınızı?

Yox, gözləmirdik. Çalışırdıq ki, yaxşı müdafiə olunaq. Həmion qol epizodu Rusiyanın ilk real qol şansıydıkı onu da dəyərləndirdilər. Bundan sonra onlar topu özündə yaxşı saxladılar. Oyunun tempini aşağı salmağa çalışırdılar. Lakin fasilədə paltardəyişmə otağında öz aramızda  söz verdik ki, məğlub olmamalıyıq. Düzdü ikinci yarının əvvəlində də oyunumuz alınmadı və onlar topu öğzlərində saxlamağa başladılar. Kamran Ağayev bu oyunda çox yaxşı çıxış elədi. Sonuncu qol isə Allahın bizə bir “hədiyyə”si idi. Çünki bizm oyun laınmasa da, rəqib daha yaxşı oynasa da biz bir şans gözləyirdik ki, bir künc və ya cərimə zərbəsi olsun, qapıya doğru zərbə endirək və qol vuraq.

-Oyundan sonra Aleksandr Səmədovla dialoqunuz oldu…

Oyundan sonra Səmədov mənə yaxınlaşdı ki, məni səhv başa düşmüsüz. Mən belə şey demək istəmirdim. Mən də ona dedim ki, “İstəmirdin, ancaq demisən”. Cavabında isə o, mənə “Mən belə bir şey demişəm. Ancaq mən açıqlamamda Azərbaycan qələbə qazanmaq istəyir, ancaq biz buna imkan verməyəcəyik demişəm. Mətbuat bunu çox şişirdib. Bu bizdə normal sözlərdi” – dedi. Mən ona başa salmağa çalışdım ki, bizdə bu normal deyil. Bundan sonra normal ayrıldıq. 

– Nəticə oyuna görəmi oldu?

Yox, Rusiya bizə oynamağa imkan vermirdi. Bu gün Rusiya çox güclüdü. Ancaq ən vacibi odur ki, bu tskildə biz cəmi 3 oyunda məğlub olduq. Portuqaliya ev – səfər, Rusiya ilə səfərdəki yenilgiləri çıxmaq şərti ilə digər oyunlarda yalnız qələbə və heç-heçə etməyə nail olduq. 

– Bu oyundan öncə Rusiya mətbuatı komandamızı az qala lağa tuturdu. Bu heç-heçə onlara cavab oldumu?

Bizim kiməsə cavab vermək fikrimiz yoxdu. Sadəcə bizim əleyhimizə bir cümlıə işlədilmişdi və bu mənə, komanda yoldaşlarıma təsir etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43