Polşa çempionatında 18-ci turun oyunları keçirilib.
İdmanxeber.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.
Varşava təmsilçisi səfərdə Azərbaycan millisinin digər üzvü Anton Krivotsyukun komandası – “Visla” (Plotsk) ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb – 1:0.
Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.
Krivotsyuk isə sarı vərəqə limitini doldurduğu üçün bu görüşdə forma geyinməyib.