“Mançester Yunayted” bir neçə futbolçu ilə yollarını ayırmaq niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, bunlar yarımmüdafiəçi Kasemiro, müdafiəçi Rafael Varan, cinah yarımmüdafiəçisi Ceydon Sanço və hücumçu Antoni Marsialdır. Rəhbərlik adıçəkliən futbolçuları artıq satışa çıxarıb.
Klub bu futbolçuların satışından gəlir əldə etmək niyyəətindədir. Oyunçuların Səudiyyə Ərəbistanı təmsilçilərinə satılacağı gözlənilir.
Əgər futbolçular komandadan ayrılsa, rəhbərlik heyəti gücləndirmək üçün hərəkətə keçəcək.