Kateqoriyasız

“Mançester Yunayted”in qapıçısı “Portu”da?

“Mançester Yunayted”in qapıçısı Viktor Valdes yeni mövsümdən komandasını dəyişə bilər.

İdmanxeber.com-un məlumatına görə, hazırda icarə əsasında Belçika “Standart”ında çıxış edən ispaniyalı qolkiper Portuqaliyaya üz tutmaq niyyətindədir.

Valdes bu ölkənin “Portu” klubunun şərəfini qorumaq istəyir.

Qeyd edək ki, Valdeslə “Sportinq” və “Mançester Siti” klubları da yaxından maraqlanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43