Ölkə futbolu

Meneceri təsdiqlədi: “Oğuz Çətin mənə zəng elədi və bu futbolçunu transfer etmək istədiklərini bildirdi”

Az öncə "Xəzər Lənkəran"ın "Şanlıurfaspor"un üzvü Kağan Timuçin Konukla maraqlandığı haqda sizə xəbər vermişdik.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Urfa klubundan azad agent kimi ayrılan 23 yaşlı sol cinah müdafiəçisi "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətinin istədiyi futbolçulardandı. Çətin həmyerlisini komandasında görmək üçün futbolçunun meneceri Tamer Özçamla telefon əlaqəsi saxlayıb.

Özçam açıqlamasında bunu təsdiqləyib: "Dünən Çətin bizimlə əlaqə saxlayaraq Timuçini komandasında görmək istədiyini bildirib. Fikirləşirəm ki, qısa vaxt ərzində bu transfer reallaşar. Əgər fikirlərini dəyişsələr, o zaman digər təklifləri nəzərdən keçirəcəyik. Mən Kağaç Timuçinin Oğuz Çətinlə uğur qazanacağına inanıram. Hər iki tərəf üçün də xeyirli olsun".

Qeyd edək ki, 23 yaşlı solaxay futbolçu "Sivassspor", "Manisaspor", "Sakaryaspor" kimi klubların şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43