PSJ-nin hücumçusu Lionel Messi karyerasını “Əl-Hilal”da davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında şifahi azılıq əldə edilib. Mayın 8-də Messinin Səudiyyə Ərəbistanından edilən rekord təklifi qəbul etdiyi bildirilib.
Futbolçunun PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.
Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 20 qol vurub və 19 məhsuldar ötürmə edib.