Dünya futbolu

“Milan”ı silib-süpürüb evə göndərdik” – Hakan Çalhanoğlu

İtaliya Super Kubokunun finalında “İnter” “Milan”ı 3:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, oyunun ardından “İnter”li futbolçu Hakan Çalhanoğlu görüş barədə fikirlərini bildirib:

“Milan” qarşısında gözəl, mənim üçün isə daha özəl bir qələbə oldu. Onlar ötən mövsüm çempionluğu qeyd edərkən mənə çoxlu atmacalar atdılar. Mənim üçün xeyli çətin dönəm idi. İndi də növbə bizimdir. Bu hesaba hörmət etməlidirlər. Bu gün “Milan”ı silib-süpürüb evə göndərdik. İndi fikrimizi çempionata yönəltməliyik”.

Qeyd edək ki,  Hakan 2021-ci ildə “Milan”dan ayrılıb “İnter” klubuna keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43