08 Sentyabr 2024
Ölkə futbolu

Millətlər Liqası: millimizin təqvimi müəyyənləşdi

Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, millimiz 2024/2025 mövsümünə sentyabrın 5-də İsveçə qarşı keçirəcəyi ev oyunu ilə start verəcək. Yığma həmin matçdan üç gün sonra səfərdə Slovakiyanın qonağı olacaq.

Oktyabrın 11-də səfərdə Estoniya ilə qarşılaşacaq Azərbaycan seçməsi üç gün sonra Slovakiya kollektivini qəbul edəcək.

Noyabrın 16-da Bakıda Estoniyanı sınağa çəkəcək milli komanda qrupdakı son matçını həmin ayın 19-da səfərdə İsveçə qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43