Kateqoriyasız

Milli bu dəfə də Ukraynaya uduzdu

Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyunu keçirib.

İdmanxeber.az xəbər verir ki, Avropa çempionatının final mərhələsinə hazırlaşan millimiz yenə Ukrayna yığması ilə üz-üzə gəlib. FHN-in İdman-sağlamlıq mərkəzində bir gün əvvəl keçirilmiş oyunda 0:4 hesabı ilə məğlub olan komandamız meydana fərqli “4-lük”lə çıxıb. Dünənki oyunda zədələnən Rövşən ilk dəqiqədən meydanda olsa da, 5-ci dəqiqədə əvəzlənməsi istədi. Ukraynada isə Sergey Malışko bu matçı buraxırdı. Səbəb onun ciyin nayihəsindən ciddi zədə almasıdır.

 

Oyunda hesabı yenə rəqib komandanın kapitanı açdı. Bir dəqiqə sonra Xətai Bağırov qapıçı ilə üzbəüz qaldığı epizodda hesabı bərabərləşdirə bilmədi. 18-ci dəqiqədə Fineonun 10 metrlik nöqtədən zərbəsi qapı dirəyinə dəyib meydana qayıtdı. Birinci hissənin başa çatmasına 20 saniyə qalmış Vilelanın ötürməsini Qalo tora qovuşdurmaqla “sülh”ü bərpa etdi. İkinci hissəyə Qalonun avtoqolu ilə başladıq. Ardınca Abakşin fərqi 2 topa çatdırdı. 32-ci dəqiqədə isə Vilelanın səhvi rəqibin qol vurmasına kömək etdi.

 

Azərbaycan – Ukrayna (1:1) 1:5

Beynəlxalq yoldaşlıq oyunu

19 dekabr. FHN-in İdman-sağlamlıq mərkəzi. Saat 18:00

Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov, Knyaz Əmiraslanov

Hakim-inspektor: Azər Əsgərov

Timekeeper: Rza Məmmədov

Qollar: Qalo, 19:40 // Petro Şoturma, 5:39,  Qalo, 22:11 (ö/q), Daniel Abakşin, 23:55, İqor Korsun, 31:55, Oleksandr Sukhov, 39:00


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43