Milli komanda

Millimiz 38-ci pilləyə yüksəldi – REYTİNQ AÇIQLANDI

UEFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

İdmanxeber.com xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsində Norveçi 1:0 hesabı ilə məğlub edib, Çexiya ilə qolsuz bərabərlik əldə edən milli komandamız 2 pillə irəliləyib.

Belə ki, komandamız xal hesabını 16 871-ə çatdırıb. Bununla da Robert Prosineçki yetirmələri 38-ci yerə yüksəlib. Bu göstərici ilə milli komandamız Belarus və Kipri arxada qoymağı bacarıb və ötən aykı 40-cı pilləni 2 addım yaxşılaşdırıb.

Avropanın 55 yığmasının yer aldığı siyahıda DÇ-2014 və AÇ-2016-nın həm seçmə, həm final mərhələlərini, həmçinin DÇ-2018-in arxada qalan seçmə oyunlarınındakı nəticələr əsas götürülüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43