Dünyadan

Ronaldo dünyanın ən yaxşı futbolçusu seçilib – SİYAHI

Britaniyanın məşhur "Daily Mail" nəşri dünyanın ən yaxşı futbolçularının siyahısını hazırlayıb.

İdmanxeber.com-un məlumatına görə, jurnalistlərin səsverməsinə əsasən tətrib edilən siyahıda ilk pillədə Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldo yer alıb. Lionel Messi (Argentina millisi, "Barselona") ikinci, Neymar (Braziliya millisi, "Barselona) üçüncü olub.

"Daily Mail"in versiyasına əsasəm, dünyanın ən yaxşı 10 futbolçusu aşağıda adları qeyd olunanlardır:

1. Kriştianu Ronaldo ("Real")
2. Lionel Messi ("Barselona")
3. Neymar ("Barselona")
4. Luis Suares ("Barselona")
5. Qareta Beyl ("Real")
6. Serxio Aquero ("Mançester Siti")
7. Zlatan İbrahimoviç ("Mançester Yunayted")
8. Manuel Noyer ("Bavariya")
9. Andres İnyesta ("Barselona")
10. Pol Poqba ("Mançester Yunayted")


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43