İdman

Millimiz bunu ilk dəfə bacardı

DÇ-2018-in seçmə mərhələ çərçivəsində Azərbaycan millisi tarixində bir ilki reallaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, ilk dəfə olaraq yığmaməz bir oyunda rəqib qapısına 5 qol vurub. Bu San Marino ilə oyunda gerçəkləşib. Belə ki, bu gün millimiz San Marinonu 5:1 hesabı ilə məğlub edərək bir ilki reallaşdırıb.

Qeyd edək ki, millimizin ən böyükhesablı qələbəsi AVRO-1996-cı ilin seçmə mərhələsində Lixtenşteyn yığması ilə oyunda baş tutmuşdu – 4:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43